Azərbaycan Aşıqlar Birliyinin sədri                   (2004-2008)

 aşıq-şair

  QARACAN İSA oğlu KƏRİMLİ (BORÇALI)


 DƏMİR YUMRUQ YERİNDƏDİR 

                                                                

Qan çalxama qarı düşmən

Qanlı dərya dərindədir.

Mərd oğullu millətimin

Ordusu səngərindədir.


Sinəndə süngü yarası

Belə alarlar qisası...

Daha Qarabağ xülyası

Qulağının dibindədir...


Qaracan, mərmidir yağan

Şimşək sürətli parlayan

İldırım kimi gurlayan

Dəmir yumruq yerindədir.  


                                   27 sentyabr, 2021-ci il

                                   Bakı şəhəri

 

 QARACAN  BORÇALI

Azərbaycan Yazıçılar Birliyinə üzv seçildi 

  

 

 

FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ






   



.

 
 
Copyright © Creative Site of Arts All Rights Reserved. Design by Sparker